Zaxarovanın açıqlamasına münasibət bildirən siyasi şərhçi Tofiq Abbasov Demokrat.az-a deyib ki, bu qəbildən olan görüşlər Rusiyanın maraqlarına ziddir:
“Adı təhlükəsizlik konfransı olsa belə, əslində, bu konfrans təhlükələr yaratmaq məqsədi güdür. Eləcə də Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə maneə törədir. Əgər Ermənistan prosesdə dürüst davranırsa, niyə Azərbaycanın, Türkiyənin, Rusiyanın təkliflərindən qaçır və ABŞ-a, Fransaya pənah gətirir?! Bu ölkələr Ermənistandan alət kimi istifadə etməklə Cənubi Qafqaza nüfuz etmək istəyir. Təhlükəsizlik Şurasında guya Azərbaycanın Ermənistan ərazilərinə iddia etdiyini göstərməklə qərbin müşahidəçi missiyasının Azərbaycanda yerləşməsinə nail olmaq istəyirdilər. Amma bu baş tutmadı. İndi də Qərbin istəyi ondan ibarətdir ki, Cənubi Qafqaza silahlı dəstələr gəlsin. Onsuz da Ermənistanda Avropa missiyasi adı altında casuslar fəaliyyət göstərir, indi saylarını daha da artırmaq istəyirlər.
Rusiya da, Azərbaycan da, İran və Türkiyə də bu prosesdən ehtiyat edir. Ermənistanın başıpozuq siyasəti ucbatından bu proseslər reallaşır. Amma Azərbaycanın təklif etdiyi “3+3” platforması bunun qarşısını alacaq. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl İran tərəfi bildirdi ki, ən yaxın vaxtda “3+3” formatında görüş keçiriləcək. Bu da Ermənistana və onun havadarlarına cavabdır”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
sportinfo.az"Xəyali Ermənistandan real Ermənistana keçid etməliyik" ( 5876760)
-
milli.azErmənistandan məhz müharibə qorxusu ilə qaçırlar ( 5872783)
-
tribunainfo.az“Xəyali Ermənistandan reallığa keçid etməliyik” – Paşinyan ( 5871854)
-
yenicag.azErmənistandan məhz müharibə qorxusu ilə qaçırlar ( 5871779)
-
buta.media“Xəyali Ermənistandan reallığa keçid etməliyik” - Paşinyan ( 5871734)
-
redaktor.az“Xəyali Ermənistandan reallığa keçid etməliyik” - Paşinyan ( 5871731)
-
demokrat.az“Xəyali Ermənistandan reallığa keçid etməliyik” ( 5871350)
-
axar.azErmənistandan məhz müharibə qorxusu ilə qaçırlar ( 5871202)
-
olaylar.azBiz xəyali sərhədlərdən imtina etməliyik - Paşinyan ( 5871079)
-
qafqazinfo.az“Xəyali Ermənistandan reallığa keçid etməliyik” - Paşinyan ( 5870937)