RU

Azərbaycandan Avropaya mal ixracı getdikcə azalır- ildə 5 faiz...

Image

Firdovsi Şahbazov: “Azalma Avropaya neft ixracının aşağı düşməsi ilə əlaqədardır”

Azərbaycanın Avropaya ixracı davamlı olaraq azalır. Belə ki, son 3 ildə Azərbaycanın ixracında Avropa İttifaqı ölkələrinin payı aşağı düşür. Bu ilin ilk 2 ayında Azərbaycandan ixrac olunan malların 52,9%-i Avropa İttifaqı ölkələrinə göndərilib.  

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 2 ayında Azərbaycandan ixrac olunan malların 65,17%-i, 2023-cü ilin ilk 2 ayında isə 60,9%-i Avropa İttifaqı ölkələrinin payına düşüb. 

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 24 milyard 821 milyon 895 min dollar təşkil edib. İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min dollar dəyərində ixrac, 3 milyard 84 min dollar dəyərində idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib. Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub. 

Maraqlıdır, Azərbaycanın Avropaya ixracı niyə azalır?

“Elə qeyri-neft məhsulu istehsal etməliyik ki, Avroittifaqda alıcısı olsun” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov Avropaya ixracımızın azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Azərbaycanın Avropaya ixrac etdiyi əsas məhsul neft və qazdır. Statistik rəqəmlərə baxanda görürük ki, qaz ixracında azalma olmasa da, neft ixracında xeyli azalma var. Məsələn, əvvəl Azərbaycan neftinin əsas alıcısı İtaliya idi. Ancaq indi İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Birinci yerdə İsrail, ikinci yerdə isə Tailand gəlir. Məsələn, bu ilin yanvarında ixrac olunan 863 milyon 453.89 min dollarlıq 1 462 278.29 ton neftin cəmi 238 milyon 287.10 min dollarlıq 394 min 463.38 tonunu İtaliya, Portuqaliya və İspaniyaya satmışıq. Bu isə o deməkdir ki, yalnız xam neft üzrə Aİ-yə ixracımızda 700 milyon 852,26 min dollarlıq azalma var. Halbuki, 2023-cü ilin nəticələrinə görə Azərbaycan Aİ-yə ən böyük neft ixracatçılarının onluğuna daxil olub. Azalmanın niyə sürətlə azaldığının səbəblərini demək çətindir. Ola bilsin ki, bazarda sərfəli qiymət təklif edən yeni satıcılar var. Hər halda bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, Azərbaycan Aİ ölkələrinə neft-qazdan əlavə çox az sayda məhsul ixrac edir. O baxımdan Avropaya qeyri-neft ixracı genişləndirilməlidir. Elə məhsul istehsal etməliyik ki, onun Avropada alıcısı olsun”.

Vidadi ORDAHALLI





Избранный
94
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14809
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14719
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14689
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12386
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10799
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8807
"Zaur, yenə çaşdın..." - VİDEO
7626
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5755
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4736
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4266
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4262
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4004
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3934
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3700
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3103
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3081
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2844
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2830
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2691