RU

"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi

 
"Moskva ətrafında törədilən terror aktına görə tam məsuliyyət İŞİD-in üzərindədir..."
 
"ABŞ Ukraynananı zərbə altından çıxarmaqla özü-özünü ifşa edib..."
 
Ağ Ev Rusiya məmurlarına sərt şəkildə əl gəzdirib, Zaxarova "satirik tərzdə" onların müdafiəsinə qalxıb
 
Moskva ətrafında törədilmiş terror aktının günahını Ukraynanın üzərinə yıxmaq istəyən Vladimir Putin və digər rusiyalı məmurların açıq bəyanatlarına rəğmən, ABŞ və müttəfiqləriə məhz İŞİD-in bu hücuma görə tam məsuliyyət daşıdığı tamamilə aydındır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bəyan edib. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Onun sözlərinə görə, Kremlin terrorda "Ukrayna izi" haqqında iddiaları "tam cəfəngiyyat və mənasız təbliğatdır", konsert salonuna hücumun özü isə Rusiyanın belə təhlükələrdən qorunmaq iqtidarında olmadığını nümayiş etdirib.
 
Kirbi xatırladıb ki, "Birləşmiş Ştatlar bu terror aktının qarşısını almaqda kömək etməyə cəhd edib və Kreml bunu bilir".
 
Onun sözlərinə görə, ABŞ dəfələrlə Moskvada konsert və kütləvi tədbirlərdə ekstremist hücumların mümkünlüyü barədə Rusiya hakimiyyətinə xəbərdarlıq edib.
 
Kirbi o cümlədən qeyd edib ki, Vaşinqton Rusiyanın təhlükəsizlik xidmətlərinə martın 7-də səhər saat 11:15-də müfəssəl məlumat göndərib. O, qeyd edib ki, yazılı xəbərdarlıq "müəyyən edilmiş kanallarla əvvəllər də istifadə edilən adi prosedurdur".
 
Ağ Ev nümayəndəsi əlavə edib ki, ABŞ dövlətlərlə "qarşılıqlı münasibətlərdən asılı olmayaraq terror aktlarının hazırlanması barədə məlumatlı olarsa" bütün dünya boyunca hökumətləri xəbərdar edib və etməkdə davam edəcək.
 
"Dayım deyərdi ki, ən "yaxşı peyin satanlar onun nümunələrini ağzında gəzdirir". "Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır", - Kirbi qeyd edib.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kirbinin bu sözlərini dərhal şərh edib.
 
 
"Rus dilində belə atalar sözü yoxdur, çünki bizdə yox, okeanın o tayında "peyini ağızda gəzdirirlər". Amma bizdə belə atalar sözü var: "Kimdə nə yoxdursa, elə hey ondan danışır".
 
Yeri gəlmişkən, Birləşmiş Ştatlarda "ağzı sabunla yumaq" ("to wish one's mouth out with soap") ifadəsinin nədən yayıldığı indi aydın olur", - Zaxarova "Teleqram-kanal"ında yazıb.
 
Bir gün öncə Zaxarova bəyan edib ki, əgər Birləşmiş Ştatlar terror aktına cəlb olunmasaydı, Amerika hakimiyyəti tədqiqatın, istintaqın və faktların təqdim edilməsinin zəruriliyi barədə bəyan edərdi. 
 
Onun sözlərinə görə, ABŞ Ukraynanı zərbə altından çıxarmağa başlamaqla özü-özünü ifşa edib.
 
Rusiya KİV-lərinin fikrincə, Zaxarovanın cavabı "satirik tərzdədir".
Избранный
63
19
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16721
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16312
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15743
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13819
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12731
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9836
"Zaur, yenə çaşdın..." - VİDEO
7983
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6728
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6367
Minimum əmək haqqı nə qədər arta bilər?
6143
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5434
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5327
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4601
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4331
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4263
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3306
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3306
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3076
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3036