RU

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bərdə, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə liseyin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. Onlara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

Tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, Böyük Qayıdış prosesi regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır: “Bu proses çərçivəsində xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tikinti, enerji, kənd təsərrüfatı və sənaye sahələrindəki işəgötürənlərlə qısa və uzunmüddətli kadr hazırlığı üçün yaxından əməkdaşlıq etməkdə maraqlıyıq”.

Agentlik rəhbəri onu da qeyd edib ki, 2026-cı ilə kimi regionda 8 yeni peşə təhsil müəssisəsinin tikilməsi ilə yanaşı, 1000 nəfərin ixtisasartırma, 5000 nəfərin isə qısamüddətli təlimlərə cəlb olunması nəzərdə tutulub. Bu prosesdə Bərdə Peşə Liseyi mühüm rol oynayacaq.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq İdarəsinin rəisi Babək Tağıyev, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Aran Regional koordinatoru Ayaz Ədilov, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev mövzu ilə bağlı çıxış edib, regionda fəaliyyət göstərən dövlət və özəl işəgötürən təşkilatların nümayəndələrinin təklifləri dinlənilib. İşəgötürən qurumların nümayəndələri xüsusilə dual təhsil modeli əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.

Xatırladaq ki, regional forumların keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.

11:39

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət-özəl əməkdaşlığına dair regional forum keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyi (DMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kimi dövlət qurumlarının rəsmiləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətində olan özəl sektor nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə peşə liseyinin fəaliyyəti ilə tanış olublar. Forumda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
25
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38234
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24236
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19166
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14872
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14182
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11134
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6492
Abdullahianın cəsədi tapıldı - FOTO
6420
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5703
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5446
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4765
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3862
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3399
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3299
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2379