RU

Krasnodarda Priqojinlə Utkinə heykəl qoyuldu - Foto

Rusiyanın Krasnodar diyarında “Vaqner” özəl hərbi şirkətinin keçmiş təsisçisi Yevgeni Priqojin və silahlı birləşmənin komandiri Dmitri Utkinə heykəl qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ЧВК “Вагнер”. Сводки” teleqram kanalı yayıb. 

Heykəl Qoryaçiy Klyuç şəhərində şirkətə məxsus ərazidə quraşdırılıb.

Kanal, həmçinin sözügedən heykəlin fotosunu da yayımlayıb.

Xatırladaq ki, martda teleqram kanallarında Qoryaçiy Klyuç şəhərində Priqojin və Utkinin heykəlinin qoyulacağına dair məlumat yayılmışdı. Bu zaman Krasnodar administrasiyası məsələ ilə bağlı məlumata sahib olmadığını açıqlayıb. 

Qeyd edək ki, Y.Priqojinin içərisində olduğu təyyarə ötən il avqustun 23-ü Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Priqojinlə yanaşı D.Utkin və daha 8 nəfər olub. Onların hamısı qəza zamanı dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
300
1
Источники
Комментарий ()
Закрывать