RU

"Məlumatları bank tərəfindən icazəsiz sorğulanan vətəndaş, Mərkəzi Banka və ƏƏSMN-ə şikayət edə bilər"

Kibercinayətkarlığın vüsət aldığı son dövrlərdə vətəndaşların şəxsi məlumatlarını qorumaları üçün hüquq-mühafizə orqanları, o cümlədən bank şirkətləri öz müştərilərinə tez-tez bu haqda xəbərdarlıqlar edir, bildirişlər göndərir. Şəxsi məlumatlar olmasa, kibercinayətkarlıqla məşğul olan şəxslərin bank hesabına əlçatanlığı olmur, bununla da dələduzlar öz cinayət əməllərini həyata keçirə bilmirlər. Həmin məlumatları kim və necə əldə edə bilər? Məlumdur ki, bank şirkətləri sizin şəxsi məlumatlarınızı nəzərdən keçirmələri üçün öncəliklə sizin razılığınızı almalıdırlar. Yalnız bundan sonra Əmək Nazirliyinin (ƏƏSMN) balansında olan şəxsi məlumatları öyrənə bilər. Bəs banklar vətəndaşdan icazəsiz onun məlumatlarını sorğulasalar necə? Bu hal yaşanıb. Xəbər portalımıza bu haqda müraciət edən vətəndaş bildirib ki, bu ilin mart ayının 7-də onun məlumatları ölkənin tanınmış bank şirkətlərindən biri tərəfindən sorğulanıb. Ancaq bununla bağlı özünə hər hansı məlumat verilməyib, icazə alınmayıb. Vətəndaşdan icazəsiz şəkildə əldə edilən məlumatların kibercinayətkarlara ötürülmədiyinə əmin olmaq olarmı? Kiber təhlükəsizliyi qat-qat qorunan bank hesablarına, mobil tətbiqlərə "yağ kimi" axıb, giriş edən, insanların məlumatlarını "bir göz qırpımında" ələ keçirən bu cinayətkar şəbəkələrə "gərəkli" məlumatları kimlər ötürür? Yəqin, sualın cavabı elə ümumi yazının içində gizlənib. Tapmaq isə oxuculara qalıb. Vətəndaş öz məlumatlarının özündən xəbərsiz sorğulandığını gördüyü zaman nə etməli, hansı hüquqi addımları atmalıdır? Vətəndaşları narahat edən ciddi problemlə əlaqədar hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Əkrəm Həsənov "Fərdi məlumatlar şəxsin icazəsi olmadan özəl şəxslər tərəfindən sorğulana bilməz. Bu baxımdan, banklar da özəl kommersiya təşkilatı olduqlarına görə, bu hal onlara da şamildir. Yalnız dövlət qurumları - onlar da qanunla nəzərdə tutulmuş hallarda - vətəndaşın razılığı olmadan məlumatları əldə edə bilər. Bu halla rastlaşan vətəndaşlar vəziyyətlə əlaqədar Mərkəzi Banka, eyni zamanda Əmək Nazirliyinə şikayət edə bilərlər. Burada müəyyən mexanizmlər var ki, sanki şəxsi məlumatlara vətəndaşın öz razılığı əsasında daxil olunduğu göstərilir. Belə halla rastlaşdıqda vətəndaş məhkəməyə müraciət edib, dəymiş mənəvi zərərin əvəzini tələb edə bilər" - deyə, hüquqşünas bildirib. Mətin Şükürlü, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
96
12
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23353
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16194
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11446
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11261
Helikopterin qalıqları tapılıb
9904
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7238
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5426
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4093
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2908
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2168
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1820
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1706