RU

“Bank müştəri hesabının təhlükəsizliyini təmin edə bilmir” – İDDİA + ŞİKAYƏT

“RabitəBank” hüquqi şəxslərin VÖEN hesabının təhlükəsizliyini təmin edə bilmir. Hələ müştərini də günahlandırır ki, debet kartla daxil olduğun üçün vəsaitin oğurlanıb”.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, belə bir iddianı redaksiyamıza şikayət məktubu ünvanlayan Cavid Azər oğlu Rzayev səsləndirib.


O qeyd edib ki, kibercinayətkarlığın artdığı bir vaxtda “RabitəBank” müştərisindən hər hansı razılıq almadan VÖEN-ə bağlı hesabdan köçürmələr zamanı tətbiq olunan bloku aradan qaldırıb.

Şikayətçinin iddiasına görə, məhz bu səbəbdən də o, kibercinayətkarlığın qurbanı olub: “Mən hüquqi şəxs olaraq “Bakı Mətbuat Yayımı”nın təsisçisi və direktoruyam. Lakin fiziki şəxs VÖEN-i ilə fəaliyyət göstərirəm. Bu VÖEN-lə Bakı şəhəri üzrə qəzet və jurnalların satışını təmin edirəm. Mənim “RabitəBank”da şəxsi debet kartım və VÖEN hesabım var. Hər ikisindən də kartım var. VÖEN hesabımla qanun çərçivəsində limitə uyğun olaraq köçürmələr edir və pul nağdlaşdırıram. Aprelin 11-də “Facebook” şəbəkəsində debet kartımla “RabitəBank”ın səhifəsinə daxil oldum. Sonradan məlum oldu ki, səhifə saxta imiş. Məndən məlumatlar istənildi, kartımın şifrəsi tələb olundu. Bunları etdikdən sonra nömrəmə kod gəldi və təsdiqlədim. Daha sonra heç bir şey olmadığını görüb çıxdım. Sabahısı gün sistemə daxil olmaq istədikdə,  mobil rabitənin bloklandığını gördüm. Məsələni aydınlaşdırmaq üçün mühasiblə əlaqə saxladım. Məlum oldu ki, debet kart hesabımdan 400 manat, VÖEN-ə bağlı hesabımdan isə 7 500 manat pul çıxarılıb. Üstəlik 150 manat bank xərci tutulub”.

C.Rzayev vurğulayıb ki, həmin vaxt qeyri-iş günü olduğundan dərhal Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti” ilə əlaqə saxlayıb və şikayətini bildirib: “Polislər dərhal məsələni araşdırmağa başladılar. İş günündə isə banka yaxınlaşdım. Mənə dedilər ki, kartın məlumatlarını ötürdüyüm üçün  hesabımdan vəsait oğurlanıb. Mən  günahkar olduğumu, çıxarılan 400 manat vəsaiti geri istəmədiyimi bildirdim. Mənim əsas tələbim VÖEN-ə bağlı hesabımdan çıxarılan 7 500 manatdır. Hansı ki, buna görə mənimlə əlaqə saxlanılmayıb. Soruşulmayıb ki, bu vəsaitin köçürülməsindən xəbərin var ya yox. İkincisi, bu hesablarda blok olur ki, vəsait kartdan-karta köçürülməsin. Bəs, bu, necə baş verib? Bu suala cavab olaraq bildirdilər ki, blok cari ilin yanvar ayından götürülüb. Maraqlıdır, indi kibercinayətkarlığın artdığı bir vaxtda blok niyə götürülür? Bank təhlükəsizliyi artırmaq əvəzinə azaldır. Bankdan bildirildi ki, camaatın istəyi ilə blok aradan qaldırılıb. Halbuki mənə təhlükəsizliyin aradan qaldırılması yönündə də heç bir sual və məlumat verilməyib. Bank bloku götürüb ki, vəsait hesablardan rahatlıqla çıxarıla bilsin”.

Qarşı tərəfin mövqeyini də verməyə hazırıq.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
12
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35402
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24059
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12346
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10982
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7712
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6858
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6367
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5648
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4618
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3313
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3041
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2318
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2241