RU

Yanvar-mart aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşlarıTürkiyədə 169 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 38 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı vəDaşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumatverilib.

Bildirilib ki, bu ilin mart ayında Azərbaycan vətəndaşlarıTürkiyədə 57 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevralayı ilə müqayisədə 12 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı iləmüqayisədə 0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279min 604 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faizazdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə48 faiz azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
16
az.trend.az

10Источники