RU

Rus-Azərbaycan münasibətlərindən “hərbi komponent” çıxarıldı - yeni mərhələ gəldi...

Bəhruz Quliyev: “Sülhməramlıların Qarabağı tərk etməsi iki ölkə arasında qarşılıqlı etimadı artıracaq”Məlum olduğu kimi, Rusiya sülhməramlıları Qarabağı tərk edir. Sülhməramlıların 2025-ci ilə qədər orada qalmasına zərurət yox idi. Bu isə o deməkdir ki, Azərbaycan-Rusiya münasibətlərində hərbi komponent ortadan qalxdı.İki ölkə münasibətləri ilə bağlı indiyə qədər müəyyən ehtiyatlanmalar, şərhlər və rəylər var idi ki, hərbi kontingent Azərbaycanda qalacaq. Bu isə münasibətlərin inkişafına müəyyən qədər maneçilik törədirdi. O baxımdan sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor olacaq.İki ölkə arasında münasibətlər onsuz da yaxşı idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Çünki Qarabağ mövzusu artıq bağlanıb və bu səbəbdən ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponenti yoxdur. Münaqişənin həllindən sonra Rusiya anladı ki, burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır.Bütün bi deyilənlərin fonunda, sülhməramlıların çıxarılması və hərbi kontingentin olmaması artıq iki ölkə münasibətlərinin inkişafında yeni bir mərhələni necə açacaq?“Cənubi Qafqazda münaqişə ocağı yaratmaq istəyən qüvvələrə xəbərdarlıqdır ki, sülh yalnız bölgədə həll olunmalıdır”Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, sülhməramlıların Qarabağı tərk etməsi iki ölkə arasında qarşılıqlı etimadı artıracaq: “Halbuki, əvvəllər bununla bağlı bir inamsızlıq və qeyri-müəyyənlik var idi. Artıq bu ortadan qalxdı. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Cənubi Qafqazda Rusiyanın sülhün tərəfdarı olduğunu göstərir. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında artıq hərbi dildə və ya sülhməramlıların hansısa missiyanı həyata keçirməsi ilə deyil, məhz danışıqlar formatında məsələnin sülh fazasını davam etdirmək olar. Bunun özü Rusiyanın bölgədə sülhün vacib olduğunu hiss etməsinin göstəricisidir. Rusiya hər iki tərəfin biri-birilə müxtəlif formatlarda danışığa getməsinə, hətta sərhədlərin delimitasiya və demarkasiyasında belə razılığa gəlməyə hazır olduğunu anlayıb və üçüncü qüvvəyə ehtiyac olmadığını bilir. Bu səbəbdən də Rusiya, sülhməramlıların 2025-ci ilə qədər bölgədə olmasının nəzərdə tutulmasına baxmayaraq, daha tez bir zamanda qoşunlarını çıxartdı. Hesab edirəm ki, bu addım Rusiya-Azərbaycan münasibətlərinə də öz müsbət təsirini göstərəcək. Qoşunun geri çağırılması ilə Rusiya həm də bu məsələdə hər iki dövlətin öz qərarlarının vacib olduğunu, üçüncü qüvvəyə ehtiyac olmadığını göstərdi. Həm də bu addım Cənubi Qafqazda münaqişə ocağı yaratmaq istəyən qüvvələrə xəbərdarlıqdır ki, sülh yalnız bölgədə həll olunmalıdır. Bu, eyni zamanda, Azərbaycanın apardığı siyasətin düzgün olduğu və “nəyi necə, nə zaman etməyin” ən düzgün formasını Azərbaycanın dövlət başçısının etdiyinin nümunəsidir”.Vidadi ORDAHALLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
244
16
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36616
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24101
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18951
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13073
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11030
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7763
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6412
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4679
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3845
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3343
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3121
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258