RU

Sakit okeanda 6,9 bal gücündə zəlzələ oldu


Sakit okeanda, Yaponiyanın Oqasavara adalarının qərbində 6,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 540 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub. Paytaxt Tokioda isə kiçik dalğalanmalar qeydə alınıb.
Öz növbəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,5 bal gücündə qiymətləndirib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
3
Источники
Комментарий ()
Закрывать