AZ

Rusiya- Ukrayna müharibəsi tam şiddəti ilə davam edəcək - Bu il dünyada sülh OLMAYACAQ 

"Rusiya- Ukrayna müharibəsi bir müddət tam şiddəti ilə davam edəcək. Tərəflərin mövqelərində fərqlər özünü göstərir. Rusiya işğalı rəsmiləşdirməyə çalışır, Ukrayda isə bununla razılaşmır, müqaviməti gücləndirir".

Bunu Referans.az-a politoloq Elxan Şahinoğlu Rusiya- Ukrayna müharibəsinin gedişindən bəhs edərkən deyib.

Politoloq bildirib ki, ilk dəfə olaraq Ukrayna ordusu Rusiya ərazisinə daxil olub. Belə vəziyyətdə aydındır ki, danışıqlar baş tutmayacaq. Baxmayaraq ki, bir çox dövlətlərin liderləri sülhə və dialoqa çağırır.  Ötən gün Rusiya Ukrayna ərazisini intensiv raket atəşinə tutub. Bu o deməkdir ki, yaxın günlərdə Ukrayna Rusiyanın şəhərlərini eynisi ilə raket atəşinə tutacaq. 

Elxan Şahinoğlu payızda Rusiya- Ukrayna müharibəsinin bitəcəyi ilə bağlı proqnozların yalnış olduğunu deyib: "Belə vəziyyətdə hesab edirəm ki, müharibə yekunlaşa bilməz. Ya gərək Rusiya Ukraynanı işğal etsin ki, müharibə yekunlaşsın. Ya da Ukrayna öz ərazilərini tam olaraq geri qaytarsın. Amma, nə Rusiya Ukraynanı işğal edə bilir, nə də Ukrayna Rusiya ordusunu geri çəkə bilir. Ona görə də müharibə hələ ki, yekunlaşa bilməz". 

Müsahib qələbənin hansı ölkənin tərəfində olması məsələsinə də aydınlıq gətirib: "Qələbəni proqnozlaşdırmaq çətindir. Hər şey insan və hərbi resurslardan asılı olacaq. Kimin resursları müharibəni yekunlaşdırmağa imkan verəcəksə və daha çox olacaqsa, o ölkə də qalib gələcək". 


Şəlalə Babayeva

Seçilən
176
50
referans.az

10Mənbələr