AZ

Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.

Day.Az axar.az-a istinadən xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" məcmuəsində əks olunub.

Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim-pediatr düşüb.

Seçilən
72
22
day.az

10Mənbələr