Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, motosiklet sürücüsü İsa Əliyev TIR-ın altında qalaraq ölüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli oxu.az-a açıqlamasında deyib ki, qəzada həyatını itirən şəxs 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyevdir.
Onun sözlərinə görə, hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib, "Mercedes-Benz" markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vuraraq başının üzərindən keçib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta