İkinci dünya müharibəsindən sonra Sovetlərdə hakimiyyətdə olan ermənilər saxtakarlıq edərək bir çox yalan informasiya və rəqəmləri sənədlərə əlavə ediblər. Lakin müasir dövrün texnologiyaları bu saxtakarlıqları üzə çıxarır.
Təsəvvür edin, Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində ümumilikdə 600 mindən çox azərbaycanlı döyüşlərdə iştirak etmişdir. 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək gediblər, Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin, Polşanın, Yunanıstanın, Çexiyanln və digər ölkələrin azad olunmasında iştirak ediblər. Bunu rəsmi sıənədlər də təsdiq edir. Müharibədə iştirak edib ölən Azərbaycanlıların sayı 200 min göstərilir. 100 minə qədər də əsir düşüb, partizan hərəkatlarında iştirak ediblər. Onların böyük hissəsi legioner olublar. 20 faizi isə partizan kimi başqa adlarla dəfn ediliblər.
Sovet İttifaqı qəhrəmanı adını çoxunu almadı, marşal adına layiq olan Həzi Aslanov Baqramyanın əmri ilə öldürdülər, SSRİ-müdafiə naziri təyin edilməsi planlaşan İkram adlı azərbaycanlı polkovnik Baqramyanın adamları tərəfindən Lena çayında boğduruldu. Bu kimi yüzlərlə fakt var. Ermənilər isə Baqramyanın əli ilə ancaq Sovet İttifaqı qəhrəmanı adı aldı. Çünki hakimiyyətdə onun sözü keçirdi. Bakıya qəhrəman şəhər adı məhz onun əli ilə verilmədi. Təkcə Bakının nefti 80 faiz hərbdə istifadə edilirdi ki, qələbənin qazanılmasında mühüm rol oynadı.
Bəs ermənilər?
Bu gün yüzlərlə erməni kitablarında və saxta sənədlərlə onlar sübut etməyə çalışırlar ki, guya İkinci dünya müharibəsi dövründə 600 min erməni ölüb. Fikir verin Ermənistanın rəsmi məlumatına: “ Ermənilərin 20%-i müharibədə iştirak edib, ən böyük faizi təşkil edib. Ermənistan SSR-in səfərbərliyi isə 21% təşkil edib. Bu göstəricilər təkcə SSRİ ölkələri və xalqları arasında deyil, həm də İkinci Dünya Müharibəsinin bütün iştirakçıları arasında liderlik edir.”
1939-cu il siyahıyaalınmasına əsasən, SSRİ-də 2.152.860, o cümlədən Ermənistanda 1.061.997, Azərbaycan və Gürcüstanda 803.028 erməni yaşayırdı. Böyük Vətən Müharibəsinin əvvəlində onların sayı bir neçə on minlərlə artmışdı. (Ermənistanın demoqrafik kataloqu göstərir ki, 1940-cı ildə respublikanın əhalisi 1,28 milyondan 1,32 milyona yüksəlmişdir). Cəbhədə ölən 600 min ermənini hesablasaq, yaralı və sağlam qayıdanları da nəzərə alsaq, məlum olur ki, hər iki cinsdən olan körpələr də daxil olmaqla, hamı döyüşüb! Belə çıxır ki, Ermənistan müharibədə böyük itki verib - yəni 2 milyon erməninin 600 mini cəbhədə həlak olub?
General-polkovnik Qriqori Krivoşeyevin redaktoru olduğu “Məxfiliyin təsnifatı aradan qaldırıldı: SSRİ Silahlı Qüvvələrinin müharibələrdə, döyüş hərəkətlərində və hərbi münaqişələrdə itkiləri” məlumat kitabına əsasən, müharibə dövründə 83,7 min erməni həlak olub.
Tarixçi Kliment Arutyunyan “Erməni xalqının Böyük Vətən Müharibəsində iştirakı (1941-1945)” əsərində 200 mindən çoxunun isə həlak olmasını rəsmi sənədlərlə göstərir, lakin müəllif bu 200 minin 100 mindən çoxunun Faşistlərə xidmət edən ermənilər olduğunu təsdiq edir. Bir sözlə ermənilər ikinci dünya müharibəsi illərində 7 dəfə artıq rəqəmləri şişirdib özlərini gözə soxa biliblər. Amma erməni yalanları nə qədər ayaq tutursa, Əsl həqiqət divarı onların yolunu kəsənə qədər qədər gedə bilir.
Zaur Aliyev, dosent
visiontv.az