İranda son bir ildə bu qədər adam edam olundu
İranda son bir ildə azı 659 vətəndaş edam olunub, onların 17-si qadın, biri isə uşaqdır. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, 12 ay əvvəlki göstərici ilə müqayisədə 24 faiz çoxdur.Məlumata görə, İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaninin qatili də edam edilib.Qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyaya İranda insan hüquqlarını vəziyyəti ilə bağlı verdiyi son hesabatda müxtəlif adlar altında edamların sayının artdığını vurğulayıb. O, Tehran hakimiyyətini edamları dərhal dayandırmağa, məhbusları, o cümlədən qadınlar, qızlar, vəkillər, jurnalistlər və hüquq müdafiəçilərini dərhal azadlığa buraxmağa çağırıb.ƏfsanəManşet.az