Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, Azərbaycanın tarixi ərazilərində 30 il müddətində seperatçı qurum fəaliyyət göstərib:
“Biz bunları vətəndaş kimi qəbul etmirdik. Belə olan təqdirdə də bu şəxslərin heç bir vətəndaşlığı yox idi. Bəziləri Rusiya vətəndaşı sayılırdı, bəziləri həm də Ermənistan vətəndaşı sayılırdı. Amma “Artsax” pasportu deyə bir şey yox idi. Bunu dünyanın heç bir ölkəsi tanımırdı. Ermənistanın Qarabağ ermənilərinə vətəndaşlıq verməsi məsələsinə gəlincə, burada siyasi maraqlar çoxdur. Amma, əsas reallıq ondan ibarətdir ki, Ermənistanın əhalisi artmır. Bu ölkədə ciddi demoqrafik böhran yaşanır. Ölkənin gənc nəsli öz ölkəsindən çox xaricdə yaşamağı üstün tutur. Belə olduqda ölkədə qalan şəxslərin çoxu qoca və orta yaşlı insanlardır ki, bunlarda təbii olaraq artıma meyilli deyillər. Ona görə də Ermənistan əhalisi artan əhali deyil.
Bütün bunlar onu göstərir ki, Ermənistan demoqrafik böhranla üz-üzədir. Bu gün Ermənistan böhrandan çıxış yolları axtarır. İndiki məqamda çıxış yolu kimi Qarabağdan gələn ermənilərə vətəndaşlıq verilməsi məsələsini nəzərdən keçirirlər”.
Mehriban Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.azMəşhur aparıcıdan ÜZÜCÜ XƏBƏR ( 10718994)
-
veteninfo.azMəşhur aparıcı vəfat etdi ( 10717088)
-
olay.azKVN-nin məşhur aparıcısı vəfat etdi ( 10715679)
-
yenicag.azFyodor Dostoyevskinin nəvəsi vəfat etdi ( 10608901)
-
yeniavaz.com“Bəlkə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş” – Osman Gündüz ( 10588534)
-
demokrat.azPolitoloq: “Ermənistan demoqrafik böhranla üz-üzədir” ( 10577545)
-
moderator.azAzərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi - FOTO ( 10561257)
-
7news.azAzərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi ( 10561249)
-
musavat.comAzərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi ( 10558768)
-
editor.azAzərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi ( 10555840)