Ura- Bu sözü dəfələrlə istifadə edirik, sevinc və qələbə anları zamanı ən çox müraciət edilən ifadədir. Bu sözün Sovet dövründən yarandığını iddia edirlər. Dilimizdə indi də işlənilən ura sözü, Avropa dillərində (almanca hurra, ingiliscə hurray) kimi işlədilir. Amerika dəniz qüvvələrində, Britaniya ordusundavə hazırda Rusiya ordusunda bu ifadə hələ də istifadə edilir. Sözün kökü barədə müxtəlif versiyalar var.
Bir versiyaya görə, "hurray" tatarca "ur" sözündəndir, "döymək" kimi tərcümə olunur. Daha bir versiyada deyilir ki, "hurray" kalmık "uralan" sözündəndir. Rus dilində "irəli" kimi istifadə edilir. Ruslar da bu ifadəni Osmanlı -Rusiya müharibələri dövründə türklərdən götürdüklərini iddia edirlər. Osmanlılar döyüş zamanı "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən istifadə edirdi və bunun döyüşçülərə müsbət təsiri etdiyini görüb Rus hərbi elitası bunu döyüş fəryadı "ura" olaraq uyğunlaşdırıb istifadə etməyə başlayıblar. Bu Rusiya alimlərinin iddialardır. Bəs əslində bu ifadə necə yaranıb ki, Osmanlılar, ordan Rusiya ardınca da bütün dünyada istifadə edilməyə başlayıb. XVIII əsrin sonlarından Alman, 1830-cu ildən isə Fransada bu termin kimi istifadə edilməyə başlanıb.
İslam mədəniyyəti türkologiya üzrə mütəxəssis olan fransız tədqiqatçısı Jean-Paul Roux bu barədə qeyd edir ki, "Hurray" sözü orta əsrlər Avropasına və Osmanlı dövlətinə qədim Türk döyüş törəsində istifadə edilən "Gəl, vur" Mənasını verən" -Ur Ah- Osmanlı türkcəsində -Vur Hadi- sözündən gəlib. Avropalılar -Ur Ah- sözünü isə öz ləhcələrinə uyğun olaraq -Hurray- kimi istifadə ediblər. Ruslar isə bunu - Ura- kimi dillərinə salıblar.
"Çingiz xan və müasir dünyanın yaranması" kitabının müəllifi, amerikalı professor Jack Weatherford yazır " bu ifadə monqol ordularının istifadə etdiyi "tələsin"mənasında istifadə edilir. Weatherford, monqol dilində Ur-Ax "tələsin" sözünün Amin və ya Hallelujah kimi müqəddəs bir tərif olduğunu yazır. "
Hazırda axtarış verib baxanda görmək olur ki, bu gün də müasir Monqolustan hərbi ordularında "Hurray və Uria" sözləri bu gün istifadə olunur.
Bəzi tədqiqatçılar bunun qədim Misir tanrısı RA ilə bağlı olduğunu iddia edirlər. Guya qədim Misirlilər döyüş zaman -Ya Ra- RA uğrunda deyərək döyüşə gedirdilər.
Bir versiyaya görə bu ifadə Şərqdə Həsən Sabahın assasinlər ordusunda -Hu Raj- Cənnətə doğru - kimi da istifadə edilib.
Başqa bir versiyaya görə bu ərəblərdən gələn -Ya Hü- zikrinin dəyişmiş formasıdır. Osmanlı ordusunda və Səfəvi ordularında döyüş zamanı -Yü Hü- çağrış kimi işlədilib və burdan da Avropa dillərinə təhrif edilib.
Digər bir versiyaya görə qədim türklərdə -Or Bay- orduda yüksək rütbəli zabitin əmrləri kimi istifadə edilib Ura sözü. “Or” qədim türk dilində “ur” kimi işlənir. “Vur” sözünə sinonimdir.
Bəziləri bunu Şərqdə mövcud olmuş Hurri dövlətinin adı ilə bağlayıb onların döyüş sloqanı kimi istifadə edildiyini iddia edir.
Bir çox versiyalar yazmaq olar. Sözün türklərə məxsus olduğunu əksər tədqiqatçılar yazırlar. Əlbətdə bu müzakirə edilə bilməz əsla.
Lakin rast gəldiyim bir neçə qaynaqda sözünün Babək Hürrəmi dövründə istifadə edilən - Ya Hürr- , yəni -Ya Azadlıq- kimi istifadə edilən döyüş şüarının Ura sözünün başlanğıcı hesab edilir. Monqol döyüşçüləri Azərbaycana hücum edəndə yerli döyüşçülərin -Ya Hürr- sözü onlarda vahimə yaratmış, əsir düşən əsgərlər bu ifadəni onlara izahın verəndən sonra onların dilinə -Ur Ax-, -Vur Ha- kimi istifadə ediblər. Çünki Monqol əsgərləri üçün Azadlıq sözü yad idi, amma səslənməsi vahiməli olduğu üçün -Vur Ha- kimi işlətməyə başlayıblar. Dünyaca məhşur online Urban Lüğətində də -Ya hurr- sözünə rast gəlmək olar.
Doğrusunu isə bir Allah bilir..
Zaur Əliyev, dosent
visiontv.az