Ucarda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün rayonun "20 Yanvar" küçəsində baş verib.

"BMW" və "VAZ-2106" markalı minik maşınlarının toqquşması nəticəsində Ucar rayon sakinləri - 1997-ci il təvəllüdlü Hasil Fuad oğlu Kazımov və onun həmyaşıdı Cəlal Zahid oğlu Mahmudov xəsarət alııblar. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info