Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri ilə əlaqədar tender müsabiqəsi (Açıq tender) elan edib."DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət aşağıdakı işləri həyata keçirməli olacaq:- 7 400 ədəd şagird partasının taxta hissələri aksesuarları ilə birgə dəyişdiriləcək;- 1 170 ədəd şagird partasının qaynaq yerləri yenidən qaynaq olunacaq;- 1 290 ədəd şagird partası boyanacaq.Qeyd edək ki, ümumilikdə 9 860 ədəd şagird partasının təmiri üçün Elm və Təhsil Nazirliyi 1 milyon 49 min 36 manat 10 qəpik qiymət hesablayıb (ehtimal olunan qiymət). Açqlanan məlumatdan da göründüyü kimi, nazirlik 1 ədəd şagird partasının təmiri üçün 106,4 manat xərcləməyi planlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta