AZ

Məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Qeyd edək ki, bu barədə məlumatı "Sumqayıt24.az" saytı valideynlərə istinadən yaymışdı.

Seçilən
65
24
avtosfer.az

10Mənbələr