AZ

Şəkidə maşın ağaca çırpıldı - Sürücü həlak oldu

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
 

Qeyd olunub ki, sentyabrın 22-də saat 00:05 radələrində rayonun Köbər Zəyzid kəndi ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.


Nəticədə sürücü Elnur Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Bizim.Media

Seçilən
38
9
bizim.media

10Mənbələr