AZ

Astarada pul, pensiya kartları və qızıl oğurlayan şəxs saxlanılıb

Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. Oğurladığının bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
74
24
yeniazerbaycan.com

10Mənbələr