AZ

İranda 5,2 maqnitudalı zəlzələ olub, 28 nəfər xəsarət alıb - Yenilənib

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb...

 

APA-nın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.

***

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Poliqon.info

Seçilən
67
29
poliqon.info

10Mənbələr