
Bu gün keçirilən iclasda Milli Məclis sədrinin müavinIəri seçilib.
Reyting.az-ın xəbərinə görə, Əli Əhmədov Milli Məclis sədrinin I müavini, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov Milli Məclis sədrinin müavinləri seçiliblər.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.