Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Turkustan.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Asif Əsgərov 112 saylı Zaqatala seçki dairəsindən deputat seçilib.