AZ

Mərkəzi Bank 2 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxslərini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Delta Capital" MMC-nin və "Meta-Kapital" MMC-nin vəzifəli şəxsini cərimələyib.

 

Bu barədə Pravda.az AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "Meta-Kapital" MMC-nin vəzifəli şəxsi və “Delta Capital" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Tarix: 23 Sentyabr 2024, 17:55   
Seçilən
30
13
pravda.az

10Mənbələr