AZ

Şəmkirdə gənc qadın bıçaqlanıb

Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
109
5
far.az

10Mənbələr