AZ

Bakıda TIR-larla yolu bağlayanlara hökm oxundu

Bakı. Trend:

Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşımaxidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəriRəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəməistintaqı başa çatıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimLeyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökmoxunub.

Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib.Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, şərtiazadlıqda qalıb.

Qeyd edək ki, 2022-ci il fevralın 17-i səhər saatlarında "RGroup Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektindəyolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə iləbağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və ElvinMəlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsindəCinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəbolan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraketmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbsqətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbsolunublar.

Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikəməxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi,Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və ƏlikramMəmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dollarıdəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyanvurduğu üzə çıxıb.

Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovunda şikayətçi olduğu məlum olub.

Seçilən
22
44
az.trend.az

10Mənbələr