AZ

Toy karvanında qəza, 4 nəfər öldü - Video

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Sitat.info xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu və 3 sərnişin vəfat edib.

Qeyd edək ki, qəza toy karvanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub./Qafqazinfo

Seçilən
64
12
sitat.info

10Mənbələr