Ukrayna prezidenti Volodimir Zelenskinin İtaliyanın Toskana vilayətinin Forte dei Marmi şəhərindəki villası satışa çıxarılsa da, alan olmayıb...
Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
"Villa bir vaxtlar satışda idi, amma indi yox, satılmır", - yerli daşınmaz əmlak agentliyi nəşrə deyib.
Agentlik qeyd edib ki, Zelenskinin əmlakına bitişik digər villalar təxminən 2,5-3,0 milyon avroya satılır.
Xatırladaq ki, Zelenskilərin Toskanadakı malikanəsinin 2021-ci ildə 4,5 milyon avroya satışa çıxarıldığı deyilirdi.
Fotolar
Poliqon.info