AZ

80 minlik stadion partladıldı - Video

Malayziyada dünyanın ən böyük stadionlarından biri dağıdılıb. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesablarında videolar yayılıb. 

"Şah Aləm" adlı bu stadion 2024-cü ilin iyulundan sökülməyə başlayıb. Arenanın əsas strukturu isə partlayıcı maddələrin köməyi ilə dağıdılıb. Söküntü prosesinin 2025-ci ilin ortalarına tam başa çatacağı gözlənilir.  socar vakansiya

Qeyd edək ki, 30 il əvvəl, 1994-cü ildə açılışı olmuş stadionun 80 mindən çox tamaşaçı tutumu olub. Bir neçə il əvvəl arenanın qəzalı vəziyyətdə olması üzə çıxıb. 2020-ci ildə yenidənqurma cəhdlərinə baxmayaraq, problemi aradan qaldırmaq mümkün olmayıb. 

"Şah Aləm" stadionunda "Selanqor" klubu və Malayziya millisi ev oyunları keçirib. Bundan əlavə, orada konsertlər də təşkil edilib./qol.az  


Telegram kanalımız
Seçilən
18
3
yenisabah.az

4Mənbələr