AZ

10-a yaxın vəkil Kollegiyadan çıxarılır

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.

 

Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır. 

 

Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 25 Sentyabr 2024, 15:57   
Seçilən
55
14
pravda.az

10Mənbələr