Bakı, 26 sentyabr, AZƏRTAC
Hindistandanın Mumbai şəhərinin ev sahibliyi etdiyi dünyanın ən qabaqcıl opera müsabiqəsinin (Operalia) 31-ci buraxılışında Azərbaycanın Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılovanın tələbəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olmuş gənc və istedadlı Elmina Həsən 2-ci yer üzrə 3 nominasiyada qalib olub, ölkəmizi yüzlərlə ölkə içində böyük müvəffəqiyyətlə təmsil edib.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, gənc istedadın əsrarəngiz ifası nəhəng dünya musiqiçiləri tərəfindən yüksək təqdir olunub və mükafatlandırılıb.
1993-cü ildə dünyaşöhrətli vokal ifaçısı Plasido Dominqo tərəfindən əsası qoyulmuş, qlobal miqyasda ən qabaqcıl musiqi tədbirlərindən biri olan Operalia olduqca istedadlı gənc opera müğənnilərinin karyerasına başlamasında böyük töhfə verir.


