AZ

Millimizin oyununun vaxtı dəyişdirildi

Çimərlik futbolu üzrə millimizin dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə oyununun başlama saatı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, A qrupunun 1-ci turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14.45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün saat 16.00-da başlayacaq.

Qeyd edək ki, İspaniyanın Kadiz şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) seçməsi ilə qarşılaşacaq.

Seçilən
82
10
football-plus.az

10Mənbələr