İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.
İqtisadiyyat.az bu barədə “Sada al-Balad” telekanalına istinadən xəbər verir.
“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.
