AZ

İnquşetiyada terror aktına cəhdlərin qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı bir neçə terror aktı cəhdinin qarşısını alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

 

Məlumata görə, hadisə ilə bağlı Rusiya vətəndaşı olan 8 nəfər saxlanılıb. Onlardan biri saxlanılarkən silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.

 

Saxlanılanların, həmçinin regionun energetika obyektlərinə qarşı diversiyaya da hazırlaşdığı qeyd olunub.

Seçilən
4
5
senzor.az

6Mənbələr