AZ

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Asim Xudiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C Liqasının 1-ci qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Seçilən
161
30
arena.az

10Mənbələr