Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə cavab verib.
Viral.az xəbər verir ki, bu barədə sənətçi ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında danışıb. O, Tovuzlunun duet təklifini rədd edib:
“Belə bir təklifi gözləmirdim. Onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik, fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniyik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar”.
Son Yazılar:
- “Getsin Vəfayla oxusun…” – Nigar Şəbnəmin duet təklifini rədd ETDİ
- 15 yaşlı qızı öldürən şəxsin Qarabağ kanalından meyiti TAPILDI
- İsrail ordusu Hizbullah hədəflərinə kütləvi zərbələr ENDİRİR
Qeyd edək ki, Şəbnəm bir müddət öncə “Rəngarəng səhər” verilşində Nigarla duet oxumaq istədiyini demişdi (Sfera.az).