AZ

"Putin 2022-ci ilin payızında nüvə təhdidləri ilə ABŞ-ı əməlli-başlı qorxuya salıb" - "APNews"

 
"Cənab nazir, mən dünya tarixində ən güclü orduya rəhbərlik edirəm, mən təhdid etmirəm..."
 
Rusiya hakimi Vladimir Putin informasiya kampaniyalarından Qərbin qorxudulması üçün bacarıqla istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin jurnalisti Bob Vudvordun "Müharibə" sənədli kitabında deyilir. Məlumatı "APNews" agentliyi yayıb.
 
 
Məlumatda deyilir ki, ABŞ administrasiyası Putinin nüvə silahının tətbiq edilməsinin mümkünlüyünü, guya, ciddi şəkildə nəzərdən keçirməsi barədə Moskvadan alınan kəşfiyyat məlumatlarına inanıb.
 
Ukrayna Silahlı Qüvvələrinin sentyabr əkshücumundan sonra və Rusiya qoşunlarının Xersonda mühasirəyə düşmək təhlükəsindən öncə Amerika kəşfiyyatı Vladimir Putinin nüvə silahından istifadə edilməsinin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirməsi ilə bağlı "Kreml daxilində incə, mötəbər söhbətlər" barədə kəşfiyyat məlumatları əldə edib.
 
Müəllif yazır ki, ABŞ kəşfiyyatı Ukrayna qüvvələrinin Rusiyanın 300 minlik qoşunlarını Xersonda mühasirəyə alacağı təqdirdə Putinin taktiki nüvə silahından istifadə edəcəyinin 50 faiz ehtimal olunduğunu qeyd edib.
 
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan kəşfiyyatın 2022-ci il sentyabrın sonunda ən yaxşı mənbələrdən və metodlarla alınan məlumatının dəyərləndirilməsinə "dəhşətlə" baxıb. Bu, Bayden administrasiyasında narahatlıq doğurub, çünki Rusiyanın nüvə silahını tətbiq edəcəyi ehtimalının dəyərləndirilməsi 5-10 faizdən 50 faizədək artıb.
 
Müəllifin məlumatlarına görə, o zaman Bayden Sallivana rusiyalılarla təmasa çıxmağa və ABŞ-ın belə hərəkətlərə cavab olaraq məhz nələri edəcəyini onlara deməyi əmr edib.
 
Jurnalist həmçinin deyir ki, 2022-ci ilin oktyabrında ABŞ müdafiə naziri Lloyd Ostinin Rusiyanın o zamankı müdafiə naziri Sergey Şoyqu ilə gərgin söhbəti olub. O zaman Ostin Rusiyanın nüvə silahından istifadə edəcəyini Moskvaya bağışlamayacaqları barədə dolayısı ilə xəbərdarlıq edib.
 
Şoyqu isə deyib ki, o, təhdid dilini qəbul etmir. Ostin buna daha da təhdidedici cavab verib: "Cənab nazir, mən dünya tarixində ən güclü orduya rəhbərlik edirəm, mən təhdid etmirəm".
 
Kitab müəllifinin anonimlik şərti ilə ünsiyyətdə olduğu məmurun sözlərinə görə, o zaman kəşfiyyat məlumatları Vaşinqtonu o qədər qorxudub ki, Ağ Ev Amerika hökumətinin bütün əsas məmurlarına rusiyalı həmkarları ilə analoji danışıqlar aparmağı və eyni məlumatı çatdırmağı əmr edib.
 
Baydenin özü nüvə silahının tətiqi ilə bağlı Putinə ən böyük təsir gücünə malik olan Çin lideri Si Tszinpinə nüvə çəkindirməsi məsələsini müzakirə etmək üçün zəng edib. Müəllifin deməsinə görə, Si Tszinpin Putini xəbərdarlıq etməyə razılıq verib.
 
Putunin hələ DTK-da işlədiyi zaman öyrəndiyi informasiya və dezinformasiya kampaniyalarına tez-tez əl atdığından, güman etmək olar ki, Rusiya Qərb kəşfiyyatını şüurlu şəkildə belə saxta "insaydlarla qidalandıra bilər". Məsələn, Kremlin nüvə silahınını, guya,ciddi şəkildə tətbiq etmək imkanının nəzərdən keçirməsi ilə bağlı məlumat da bu qəbildəndir.
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns qeyd edib ki, Qərb Rusiyanın nüvə təhdidlərindən daima çəkinməməlidir, çünki Putin bu alətdən şüurlu şəkildə qorxutmaq üçün istifadə edir.
Seçilən
188
50
moderator.az

10Mənbələr