AZ

Azərbaycan millisi Belarusda ikinci yoldaşlıq görüşünü keçirib

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı zamanı ikinci yoldaşlıq görüşünü keçirib. 

News365.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində 48-ci dəqiqədə Nihad Orucəli fərqlənib. 

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.

Seçilən
110
12
news365.az

10Mənbələr