Bakı. Trend:
İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə"Sveriges Riksbank" mükafatı laureatları məlum olub.
Trend xəbərverir ki, bu barədə İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsiməlumat yayıb.
Bildirilir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinsonsözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Onlar bu mükafata institutların necə formalaşdığını və rifahanecə təsir göstərdiyinin öyrənilməsinə görə layiq görülüblər.
Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadanolub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindənsayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb.2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetintətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.
Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub,Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutununprofessorudur.
Ceyms A.Robinson 1960-cı ildə anandan olub. O, iqtisadçı vəsiyasət tədqiqatçısıdır. 2015-ci ildən Harris İctimai SiyasətMəktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər HarvardUniversitetində dərs deyib.