AZ

MHP-li müşavir Mübariz İbrahimovun atasının ölümü ilə bağlı başsağlığı verdi

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, Əhməd Cavad İnstitunun direktoru Ruhi Ersoy Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Ağakərim İbrahimova Allahdan rəhmət diləyir, ailəsinə, qardaş Azərbaycan türklərinə və Türk Dünyasına başsağlığı, səbr diləyirik", - MHP rəsmisi yazıb.

Seçilən
105
1
unikal.az

2Mənbələr