AZ

ABŞ-ın Ukraynaya yeni “hədiyyəsi”nə Konqresdən etiraz

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene Ukraynaya yeni yardım paketinin elan edilməsini pisləyib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib.

“Bu səbəbdən Amerika xalqı hökumətə bu qədər nifrət edir. Amerikalılar Helen qasırğasından sonra çətinliklə 750 dollar ala bilirlər və qlobalist Ukraynaya 425 milyon dollara növbəti çek yazır”, - deyə o, öz fikrini bölüşür.

"Bu, amerikalıların keçmiş Sovet respublikasına qarşı narazılığına səbəb olur", - deyə konqresmen ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna tərəfinə yeni hərbi yardımla bağlı postunu şərh edib.

Qeyd edək ki, oktyabrın 16-da Vladimir Zelenski Ali Radada Ukraynanın “qələbə planını” təqdim edib. Sənədə beş bənd, həmçinin üç məxfi əlavə daxildir. Birinci məqam - geosiyasi - keçmiş sovet respublikasının Şimali Atlantika Alyansına dəvət olunması ilə bağlıdır. İkincisi müdafiə məsələlərinə aiddir, üçüncüsü isə Ukrayna ərazisində Qərb ölkələrinin “hərtərəfli qeyri-nüvə strateji paketi”ni yerləşdirməklə Rusiya Silahlı Qüvvələrinin nəzarət altına alınmasını nəzərdə tutur. Dördüncü abzas ölkənin strateji iqtisadi potensialından, beşinci isə silahlı qarşıdurmanın bitməsindən sonrakı dövrdən bəhs edir.

Seçilən
125
50
publika.az

10Mənbələr