AZ

Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır – Süni qiymət artımı var

XaricdənBu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.Qeyd edək ki, bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20,9 manat olub.Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb.Ötən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub.Lakin, onu da qeyd edək ki, son bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6,2% artıb.Belə ki, ötən ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,7 manat olub.Yeniavaz.com

Seçilən
20
7
yenisoz.az

8Mənbələr