İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Saxlanılanların hamısı İsrail vətəndaşıdır, onlardan ikisi azyaşlıdır. Polisin aydınlaşdırdığı kimi, şübhəlilər muzdlu məqsədlərlə - pul üçün hərəkət ediblər.
“Onlara İranın iki kəşfiyyat agenti tərəfindən ölkə daxilindəki hərbi bazalarda yüzlərlə məlumat toplama missiyası yerinə yetirmək tapşırığı verildiyi öyrənilib ”, - hesabatda deyilib.
İsrail prokurorlarının yaxın vaxtlarda ittiham aktı çıxaracağı gözlənilir.
İnci
Sfera.az