AZ

Zelenski Şimali Koreyanın Rusiyaya göndərəcəyi əsgərlərin sayını açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın münaqişədə Rusiya tərəfində iştirak edəcək 6 min əsgərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatlı olduqlarını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında çıxışında danışıb.

"Şimali Koreyadan iki hərbi hissənin - bəlkə də hər biri altı min nəfərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatımız var", - Zelenski deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı Ukrayna üçün çağırışdır, lakin Kiyev buna necə cavab verəcəyini bilir. Ukrayna lideri, həmçinin respublikanın “tərəfdaşlarını” bu çağırışdan gizlənməməyə çağırıb.


Mənbə: unikal.az

Seçilən
81
1
unikal.az

10Mənbələr