Tanınmış vəkil Əsabəli Mustafayev insult keçirib. O hazırda komadadır.
Azpost.info bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.
“Vəziyyəti çox ağırdır, danışa bilmir, nitqi tamam itib. Dünən 3-cü dəfə insult keçirib. Hazırda Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir. Yanına heç kəsi buraxmırlar”-deyə həyat yoldaşı Zemfira Mustafayeva Qaynar.info-ya bildirib.