AZ

Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib.

Trend müsahibəni təqdim edir:

- Cənab Prezident, birinci sualım belədir, nəyə görə Sizsentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və buhərbi hücumun siyasi məqsədləri nədir?

-Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücumakeçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Buhərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbiqulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç aymüddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbitəxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqdaolan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki,Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğaletmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən birneçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturuüzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin dəbildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki,tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm dəAvropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki,Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarətiələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantajetmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyəçəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay -avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyiplanlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupununbaşçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və oifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücumetmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməkləErmənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlarstatus-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görəgünahı bizim üstümüzə atmaqdan, danışıqların tamamiləpozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən vəmünaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnızadekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalqsəviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azadetməyə davam edirik.

- Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eynizamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var.Eşitmişəm adı Neqsol olan Azərbaycan şirkəti Avropa və MərkəziAsiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. SizAzərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantınınəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və yaqeyri-mümkün olduğunu düşünürsünüz?

- Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə,eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik.Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki vəAvropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təminedirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrəçox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilənəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu iləbaşladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühümenerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə,biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropayanəql edirik.

İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyüksərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim busahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var.Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə öz planıolan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki,onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyatakeçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdənAzərbaycan bu gün çox vacib regional tərəfdir.

- Növbəti sualım belədir. Bir aydan çox davam edəntoqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbiəməliyyatların necə olduğunu bizə təsvir edəbilərsinizmi?

- Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücumnəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərinbir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yenişəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünkiotuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çoxmöhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asandeyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda,cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını vəpotensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanındaməğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər.Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik.Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi.Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davamedir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsipozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobudşəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblarvə ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalardayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizimmövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyədavam edəcəyik.

- Onlar Gəncəni ona görə bombardman ediblər ki, GəncədəTürkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcıtəyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görəGəncəni bombardman etdiyini deyirlər.

- Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bununErmənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. TürkiyəninF-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalarbaşlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər vəonlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcıtəyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar.Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir.Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücumediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanınərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarətedə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketinhədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülkişəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanlarınyaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməliidi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürüidi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlarbuna görə məsuliyyət daşıyacaqlar.

- Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriyadöyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional birmüharibəyə çevrilməsindən qorxmursunuz?

- Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyəniniştirakına dair heç bir dənə də sübut yoxdur. ErmənistanınAzərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə,Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilərAzərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma vəprinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistanqoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasınıtələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadəetməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycantərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feykxəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır.Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çoxbir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəliltəqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmilərivermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələbetmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlilyoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgəvuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdənibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Bizhətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insanlazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanıtəcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçininonlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusununpotensialını azaltmaq üçün Ermənistanın cəhdidir.

- Cənab Prezident, dediniz ki, Sizin çox müasiravadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var,bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronlarıİsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbiavadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizəhərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?

- Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbiavadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu,Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadanaldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadansilahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan,Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazibütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaqimkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpaolunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyadaheç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edəbilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki,biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq vəonlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsiləişğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsiniyerinə yetirən insanlar tərəfindən azad edilir.

- İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddəkeçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həlletmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?

- Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranınrəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünkitoqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi vətəsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün bizAzərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilətəmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç birtoqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İrandaolan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.

- Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçikimidir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçiRusiyadırmı?

- Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya,Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç birnəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağakömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMTTəhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkəmənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələbedən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki,onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT TəhlükəsizlikŞurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədərbeynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbihücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti gücyolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik.

Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəmvə bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdilyanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstədüşdüyü yeganə məsələdir.

– Cənab Prezident, Siz hansı torpağı geri almaqistəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazırolasınız?

– Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan –Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bərideyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nəqədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasınakeçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsikobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlarnövbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Onagörə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlərdiplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğaledilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik.

– Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizinplanınızdır, Azərbaycanın planıdır.

– Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar,əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış vəAzərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiqolsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasınageri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesiniçindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm vəbiz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraqgörüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlərolurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcəbəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlarprosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıqhakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur.Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistanhökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətindədeyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıqmövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bununəzərə almalıdırlar.

– Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınıznecədir?

– Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizədeyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrlərivasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necəgörməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağıinsanların ləyaqət və sülh içində, azərbacanlı və erməniicmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsizərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimizkimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Sizədeyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimizvar. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir.Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizliksəviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi,indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağlamüqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz oradayaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün dahayaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalqbarışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləməaparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkündeyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heçkim "Dağlıq Qarabağı respublikası"nı tanımayıb. Əminəm ki, heç kimonu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə DağlıqQarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyükregionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq vəyenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər vəazərbaycanlılar. Mənim planım bundan ibarətdir.

- Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərindəBakıda antierməni poqromları var idi. Ona görə də ermənilərinanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisindəyaşamaq üçün, həyatları üçün qorxurlar.

– Münaqişə Ermənistandakı millətçilər tərəfindənmaliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandanayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqıvaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə dəonlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlarabaşladılar. Müharibə və toqquşmaların ilk qurbanları DağlıqQarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada,eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamiləetnik təmizələməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 minazərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etniktəmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə -İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda başverirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növsəbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfəmüharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi varidi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasındayaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivildünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrətaşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrətaşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildəbəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşayabilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdəyaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar vəermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycandaminlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil?Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasiiradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazasıdayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədiləhər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var.

-Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Sizqorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti ƏrdoğanŞimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini vəQafqazdakı siyasətini dayandırar?

-Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımızbir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə TürkiyəPrezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. Odedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə,bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq.Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanındanə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasiravadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri vəzabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi vədaha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazınhər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olandünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitimhüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi,təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydınölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquqdeyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyisəhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasınıtələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandanerməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbiəməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildənçoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir.Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan vəsiyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyəninrolu çox mühüm və müsbət olacaq.

-Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin MərkəziAsiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçünErmənistanı silmək planı var?

– Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır.Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri iləmüzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydınistinad var idi. Sülh sazişi imzalanandan sonra bütünkommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan MuxtarRespublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə,Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq.Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycanvasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəlBakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə mallarıGürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya vəəks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana,Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki,Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşirki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər.Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahibolacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütünkommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökumətiəhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycanxalqlarına qarşı nifrəti dayandırmalıdır.

– Qafqaz regionunda digər xristian ölkəsi olanGürcüstanla münasibətləriniz necədir?

– Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Bizbir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstandabirinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinciən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünkibir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan vəAzərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizimprezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, ocümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirlərisəviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat vəenerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstandaböyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə dəmünasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə iləmünasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehribanqonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanınxristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç birfərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq.

-Layihələri icra edərkən Siz dini nəzərəalmırsınız?

– Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır.Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. BizAzərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmətedirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşıgöstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri PapaFransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıdaolanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanınmədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksəkqiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri,o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar.Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiztərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuştorpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizimməscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdəvideolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azadedilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərəngörüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir vəgələcəkdə də belə olmağa davam edəcək.

-Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənabPrezident.

– Təşəkkür edirəm.

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
108
2
az.trend.az

2Mənbələr