
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Belarusda təlim-məşq toplanışı keçəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.