AZ

Türkiyə Çada başsağlığı verdi

 

  Türkiyə oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi obyektə edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgərinin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu kədərlə öyrəndiyini bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyi Çadda baş verən terror aktı ilə bağlı açıqlamasında yazıb: “Oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi obyektə edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgərinin həyatını itirdiyini və çoxlu sayda yaralının olduğunu kədərlə öyrəndik. Çad xalqına başsağlığı verib, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik”.



Seçilən
70
1
trt.net.tr

10Mənbələr